Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərməyən məktəbdə yanğın baş verib. Bu barədə mayın 20-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ümumi sahəsi 200 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.