Astara rayonunda cari ilin əvvəlindən indiyədək 3,3 min hektar sahədə yazlıq bitkilər əkilib. Bu barədə Rayon Statistika İdarəsinə istinadən 10 may tarixində Azərtac məlumat yayıb.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə əkin sahələrinin ərazisi 46,3 hektar çoxalıb. 1 440 hektar sahədə tərəvəz, 934 hektarda kartof, 226 hektarda bostan bitkiləri, 550 hektarda dənli və dənli paxlalı bitkilər, 161 hektarda isə yonca əkilib.
Qeyd edək ki, cari mövsümdə rayonda 4 min hektardan çox sahədə yazlıq bitkilərin əkiləcəyi gözlənilir.