Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacları kəsən şəxslə bağlı protokol tərtib olunub. Bu barədə 13 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
“Ərazidə vələs və palıd ağacının kəsildiyi, bir neçə ağacın isə zədələndiyi müəyyən edilib. Ağacların Astara rayon sakini Nemət Nəzərov tərəfindən kəsildiyi və zədələndiyi məlum olub”, - məlumatda bildirilib.
Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.