Göyçayda yol-nəqliyyat hadisəsi olub. Bu haqda noyabrın 30-da İnsanoid Lent.az-a istinadən xəbər verir.
Hadisə Göyçay şəhərində baş verib. 47 yaşlı sürücü Mikayıl Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil ət dükanına girib.
Qəza zamanı sürücü və ət dükanının yanında dayanan Veysəlli kənd sakini, 46 yaşlı Bəxtiyar Quliyev yaralanıblar.
Faktla bağlı araşdırma aparılır.