Sərxoş vəziyyətdə nömrəsiz avtomobil idarə edən və avtomobilin yük yerində külli miqdarda narkotik vasitə daşıyan sürücü aşkarlanaraq saxlanılıb.
Bu barədə dekabrın 5-də İnsanoid Report-a istinadən xəbər verir.
Belə ki, nömrəsiz şəkildə "VAZ-21015" markalı avtomobil idarə edən 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərov saxlanılıb.
Sürücünün sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadığından posta dəvət olunub. Sürücünün spirtli içki qəbul etməsinə əsaslı şübhələr yarandığından o, alkotestr vasitəsilə yoxlanılıb və bu zaman onun sərxoş olması müəyyən edilib.
Sürücü özünü şübhəli apardığından avtomobilə baxış keçirilib və bu zaman avtomobilin yük yerində külli miqdarda narkotik vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.