Oğuz rayonunda avtomobil traktorla toqquşub. Bu barədə noyabrın 15-də Report xəbər yayıb.
Hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Səxavət Atakişiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev ölüb.
Faktla bağlı araşdırma aparılır.