Yaxın günlərdə ölkəmizə meymunçiçəyi ilə bağlı testlər gətiriləcək. Bu barədə 17 iyun tarixində səhiyyə naziri Teymur Musayevə istinadən Report məlumat verilib.
Nazirin sözlərinə görə, meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb: “Eyni zamanda, meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.