Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Bu barədə Report 17 dekabr tarixində məlumat verib.
Qazax rayon sakinləri, 27 yaşlı Türkan Yusifova və onun 3 və 4 yaşlı övladları dəm qazından zəhərləniblər.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.