2021-2022-ci tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi şəxs təhsil alıb. Bu barədə iyunun 17-də Təhsil Nazirliyindən məlumat verilib.
Onlar, əsasən, Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çindən gəliblər.