Bu ilin yanvar-oktyabr aylarında antiinhisar qanunvericiliyinin pozulması üzrə 1,9 milyon manat maliyyə sanksiyası tətbiq edilib. Bu barədə 23 noyabr tarixində Report Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verib.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 172,7 dəfə çoxdur.
“Hesabat dövründə 14 iş qaldırılıb, 14 işə baxılması başa çatdırılıb", - deyə məlumatda qeyd olunub.