top
Azərbaycanda teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atıldı
22 may 2025, 23:24
- ↺ +

Azərbaycanda teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ölkədə teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atılıb. Nazirliyin müvafiq əmrinə əsasən yaradılan İşçi qrupunun ilk iclası keçirilib.

İnsanoid.com xəbər verir ki, işçi qrupuna Səhiyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti nümayəndələri daxildir.

Tədbirdə açılış nitqi ilə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov vurğulayıb ki, müasir dövrdə səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi tibbi xidmətlərin əlçatanlığını artırmaq, regionlararası bərabərsizliyi minimuma endirmək və xidmət keyfiyyətini yüksəltmək baxımından strateji əhəmiyyət daşıyır. “Tibbi xidmətlərin keyfiyyətinin artırılması və kadr çatışmazlığının aradan qaldırılması bu gün səhiyyəmizin əsas prioritetlərindəndir”,– deyə Rüfət Hacıəlibəyov bildirib.






İclas zamanı Səhiyyə Nazirliyi tərəfindən 2023-cü ilin iyun-avqust aylarında həyata keçirilmiş pilot layihə barədə məlumat verilib. Layihə çərçivəsində nazirliyin Elmi-Tədqiqat Pediatriya İnstitutu və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda teletibb texnologiyalarından istifadə olunmaqla, konsultasiyalar təşkil edilib. Nəticələr bu texnologiyanın effektivliyini və geniş tətbiq imkanlarını ortaya qoyub.

Qeyd olunub ki, tibb xidmətlərinin əsasən paytaxtda cəmləşdirilməsi bölgə əhalisinin tibb xidmətlərinə çıxışını çətinləşdirir. Bu, həm maliyyə, həm də zaman baxımından əlavə yük yaradır, xəstəxanalarda növbələrin uzanmasına, yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Teletibb isə bu problemlərin həllində mühüm vasitə kimi çıxış edəcək.






İclasda vurğulanıb ki, teletibb xidmətinin geniş tətbiqi üçün normativ-hüquqi bazanın yenilənməsi, tibb müəssisələrinin texniki təchizatının müasirləşdirilməsi və səhiyyə işçilərinin bu texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması əsas hədəflərdəndir.

Bununla yanaşı, Nazirlər Kabinetinə təqdim edilməsi üçün teletibb xidmətlərinin təşkili və tətbiqi ilə bağlı qərar layihəsinin hazırlanmasının da vacibliyi qeyd edilib.


Son xəbərlər

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Oxşar xəbərlər