Üzvlərinin sayı 4500-dən aşağı olan siyasi partiyalar ləğv edilə bilər. Bu barədə 21 noyabr tarixində Report məlumat verib.
Bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
Layihəyə əsasən, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4 500-dən aşağı olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıra bilər.