“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Şamaxıda vətəndaşları qəbul edib. Bu barədə noyabrın 29-da qurumdan bildirilib.
Görüşdə sakinlərin müvafiq müraciətləri cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.