Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri üçün yol hərəkəti qaydalarını təbliğ edən qısametrajlı videomaterial hazırlayıb.
Videomaterialın əsas məqsədi yol hərəkətinin təməl qaydalarının animasiya şəklində daha asan və anlaşılan formada təqdim olunması və uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılmasıdır.
"Çünki yalnız qaydalar yolda və küçədə insanların təhlükəsizliyini təmin edir və onların həyatını qoruyur. Uşaqlar, gəlin qaydaları birgə öyrənək! Küçədə rahat gəzmək üçün qaydaları yaxşı bilməlisiniz. Unutmayaq ki, yol hərəkəti qaydaları hamı üçün eynidir", - deyə qurumdan bildirilib.
[playlist type="video" ids="95453"]