Sosial şəbəkələrdə yayılan və azyaşlının xəsarət alması əks olunan görüntülər polis tərəfindən araşdırılıb.
Bu barədə İnsanoid.com DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfillinin sözlərinə istinadən xəbər verir.
Qeyd olunub ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır.