Paytaxtın Xətai rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 18-də Report məlumat paylaşıb.
Avtomobil piyada keçidi ilə yolu keçən 36 yaşlı qadını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.