Paytaxtın Nəsimi rayonunda soyğunçuluq, quldurluq və oğurluq əməlləri törədən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 27 dekabr tarixində xəbər verir.
Rayon ərazisində bir qadının içərisində sənədləri və bank kartları olan çantasının soyğunçuluq yolu ilə talanmasında şübhəli bilinən Ağcabədi rayon sakini Elgün Hüseynov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində quldurluq və soyğunçuluq yolu ilə daha iki nəfərin mobil telefonunu və cüzdanını talaması, bir çay evindən və uşaq bağçasından televizor, tikiş maşını, “VAZ-2104” markalı bir avtomobildən isə pul, maqnitofon və sənədlər oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.