Ötən gün gecə saatlarında Sabunçu rayonunun Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 16 dekabr tarixində xəbər verir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.