Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda Report mayın 20-də xəbər verib.
Avtomobil yolu keçən 31 yaşlı şəxsi vurub. Xəsarət alan xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.