Paytaxtın Xətai rayonunda, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazada yanğın olub. Bu haqda mayın 11-də Fövqəladə Hallar Nazirliyi xəbər paylaşıb.
Ümumi sahəsi 120 kvadratmetr olan obyektin elektrik lövhəsi, 10 p.m. kabeli və rəfləri yanıb. İki kondisioner isə yüksək temperaturdan əriyib. Həmçinin bitişik təndirxananın alçipandan ibarət arakəsmə divarı dağılıb.
Bununla yanaşı, Şəkinin Baş Göynük kəndində 4 otaqlı evin dam örtüyü və yanar konstruksiyaları 150 kvadratmetr sahədə yanıb.
Hər iki yanğın söndürülüb.