Xətai rayonunda ağaclıq ərazidə kafe tikilib. Bu barədə 8 dekabr tarixində Oxu.az məlumat verib.
Məlumata əsasən, metronun “Həzi Aslanov” stansiyası yaxınlığındakı ağaclıqda kafe tikilib, amma ağacları kəsməyiblər.
Ağacların gövdələri kafenin içində saxlanılıb, obyektdə qalan hissələr budanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, hazırda nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılır.