Balakən rayonunda içərisində silah-sursat olan bağlamanın tapılması ilə bağlı polisə məlumat daxil olub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 28 dekabr tarixində xəbər verir.
Rayonun Xalatala kəndi ərazisində polis əməkdaşları tərəfindən dərhal ərazinin mühafizəsi təşkil edilib və həmin bağlamaya baxış keçirilərkən “Kalaşnikov” avtomatına, “Makarov” tapançasına, ov tüfənginə məxsus patronlar, eləcə də 1 ədəd lüləsi kəsilmiş tüfəng və RQD-5 qumbarası aşkarlanıb.
Həmin silah-sursat oradan götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_99569" align="alignnone" width="640"]
Foto DİN[/caption]