Şahin Bağırov Baş Gömrük İdarəsi rəisini vəzifəsindən azad edib. Bu barədə 27 dekabr tarixində Unikal.az məlumat verib.
Məlumata əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.
Bildirilib ki, hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.
Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.