Beyləqan rayonunda avtomobillər toqquşub. Bu barədə noyabrın 15-də Daxili İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, hadisə noyabrın 13-ü saat 15 radələrində rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı xəstəxanaya yerləşdiriliblər. C.Abbasov orada ölüb, qadının vəziyyəti orta ağırdır.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.