Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub. Bu barədə 6 yanvar tarixində Report məlumat verib.
Müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-sı kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, 2-si allergiyadan, 1-i isə botulizm səbəbi ilə zəhərlənib.
Hazırda 20 nəfərin müalicəsinə davam edilir, bunlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.