Beyləqanda narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə noyabrın 18-də DİN-dən bildirilib.
Belə ki, rayon sakinləri Elmin Quliyev və Təbriz Əlizadənin idarələrində olan avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan 3 kiloqram 330 qramdan artıq heroin, 1 ədəd bağlamada təmiz çəkisi 1 kiloqramdan artıq tiryək, eləcə də 150 ədəd preqabalin və 20 ədəd metadon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.