Beyləqan polisi qanunsuz ov edən şəxsləri zərərsizləşdirib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 29 noyabr tarixində məlumat verir.
Beyləqan polisinin keçirdiyi tədbirlərlə rayon sakinləri M.Vəliyev, Ə.Məmmədov və S.Hüseynovun Yuxarı Aran kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.
Həmin şəxslərdən 3 ədəd ov tüfəngi, ovladıqları çöl heyvanları və quşları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.