Beyləqan rayonunda 49 yaşlı kişi qətlə yetirilib. Bu haqda məlumatı Report bu gün, 23 dekabr tarixində verir.
Hadisə dekabrın 23-də saat 16:10 radələrində baş verib. 49 yaşlı Kamil Fərzəliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.
Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.