Beyləqanda Birinci Şahsevən kəndinin bələdiyyəsi cərimələnib. Bu barədə mayın 12-də Trend məlumat yayıb.
Belə ki, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub.
Faktla bağlı kənd bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib. O, 3000 manat məbləğində cərimə olunub.