Beyləqanda bir ailənin 4 üzvü qətlə yetirilib. Bu barədə İnsanoid Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bu gün, 3 dekabr tarixində məlumat verir.
Ötən gün saat 22:00 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 27 yaşlı Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.