Beyləqan rayonunda yük avtomobili alışıb. Bu barədə noyabrın 16-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə İkinci Aşıqlı kəndində qeydə alınıb. "Qazеl" markalı maşının kabinə hissəsi və banına çəkilən üzlük qismən yanıb.
Avtomobilin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.