Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznes sahələrinə dəstək istiqamətində AqriBioEkoTex MMC-yə biotexnologiya məhsullarının istehsalının inkişafı layihəsi üçün 440 min manat güzəştli kredit ayrılıb.
Bu barədə 26 dekabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter səhifəsində paylaşım edib.
Həmçinin Fond tərəfindən İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkar Pərviz Şahverdiyevə 250 min manat güzəştli kredit verilib. Vəsait istixana və təbii şəraitdə giləmeyvə məhsullarının yetişdirilməsi layihəsinə yönəldilib.
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən biznes sahələrinə dəstək istiqamətində AqriBioEkoTex MMC-yə biotexnologiya məhsullarının istehsalının inkişafı layihəsi üçün 440 min ₼ #güzəştlikredit ayrılıb.#EconomyAz pic.twitter.com/tpbf2rWMHg
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 26, 2022
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkar Pərviz Şaxverdiyevə 250 min ₼ #güzəştlikredit verilib. Vəsait istixana və təbii şəraitdə giləmeyvə məhsullarının yetişdirilməsi layihəsinə yönəldilib.#EconomyAz #SİF pic.twitter.com/qJdebb1yI3
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 26, 2022