Qaxda bir ailənin 5 üzvü zəhərlənib. Bu barədə 12 dekabr tarixində Oxu.az məlumat verib.
Belə ki, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət ediblər.
Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunub.
Faktla bağlı araşdırma aparılır.