Oğuzda bir ay əvvəl ağacdan yıxılan icra nümayəndəsinin müavini dünyasını dəyişib. Bu haqda İnsanoid noyabrın 29-da Report-a istinadən xəbər verir.
Oğuz rayon Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 1981-ci il təvəllüdlü Qüdrət Qürbət oğlu İsrafilov ötən gün günorta saatlarında anidən vəfat edib.
Məlumata görə, 41 yaşlı Q.İsrafilov bir ay öncə kənd ərazisində ağacdan yıxılmışdır. Daha sonra o, cərrahi əməliyyat olunmuşdur.