Polis tərəfindən axtarışda olan qadın tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Səbail və Ağsu polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Ayşən Həşimova saxlanılıbAraşdırmalarla onun paytaxtın Yasamal rayonu ərazisindəki mağazaların birində bir qadının çantasından 250 manat pulunu, sənədlərini və bank kartlarını oğurlaması da müəyyən olunub.