“Dekabrın 14-də Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olması xəbəri məni kədərləndirdi". Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Old Twitter hesabında yazıb.
“Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - o bildirib.
Qeyd edək ki, 14 dekabr tarixində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Onlardan biri - hərbçi, gizir Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.
Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.
Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi. Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm.
— FergusAuldFCDO (@FergusAuldFCDO) December 15, 2022