Bu gün Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Məlumat mayın 10-da “Azəriqaz” İB-in Facebook hesabında yerləşdirilib.
Bildirilib ki, “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin rayon ərazisində qaz sızması aşkar olunub. Onun aradan qaldırılması məqsədilə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə, Ağstafa şəhəri daxil olmaqla 16 kəndin qazı olmayacaq.