Bu gün ölkəmizdə Novruz bayramının ikinci çərşənbəsi – Od çərşənbəsi qeyd olunur. Bəziləri ona “üzgü”, “adlı” çərşənbə, “üzgü axşamı” da deyirlər.
Od təbiətin isinməsinin, soyuq havaların geridə qalmasının, yaz fəslinin və bərəkətin gəlişinin rəmzidir. İnama görə, bu çərşənbədə tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyib odun üstündən tullananlar azar-bezarları yandırır, xəstəliklərdən xilas olurlar.
İnsanoid sizi Od çərşənbəsi münasibətilə təbrik edir!
@insanoidcom