“1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 355 uşaq övladlığa verilib”. Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.
Bu barədə 27 dekabr tarixində APA məlumat verib.
Onun sözlərinə görə, övladlığa verilən uşaqlardan 179-u oğlan, 176-sı qızdır: “Onlardan 207 nəfəri bu il övladlığa verilən uşaqlardır. Paralel olaraq, himayədar ailə institutunun formalaşdırılması istiqamətində də işlər aparılır”.