Cari mövsümdə Oğuz rayonunda 18 min tondan çox taxıl yığılıb. Bu barədə 2 iyul tarixində Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, rayonda 16,2 min hektar sahədə məhsul əkilib.
Taxıl əkinlərinin 5 min hektara yaxını arpa, 11,2 min hektardan çoxu isə buğdadır. İndiyədək 5,7 min hektar sahənin məhsulu biçilib.