2022-ci ildə qanunsuz ağackəsmə faktı üzrə 173, balıq və başqa su heyvanlarını tutmağa görə 99, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb.
Bu barədə dekabrın 1-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Eyni zamanda meşə qanunvericiliyinin tələblərini pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 2 433 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Ətraf mühitin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlər keçirilib. Bu istiqamətdə keçirilən birgə tədbirlər zamanı 10 800 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.