2022-ci ilin yanvar-noyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9% və 35,5% artmışdır. Bu barədə 14 dekabr tarixində məlumat Dövlət Statistika Komitəsinin 14 dekabr tarixli hesabatında əks olunub.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 197,3 milyon ton yük daşınmışdır. Yüklərin 3,5%-i dəniz, 8,6%-i dəmir yolu, 0,2%-i hava, 57,4%-i avtomobil nəqliyyatı, 30,3%-i isə boru kəməri ilə daşınmışdır.
2022-ci ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 466,2 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,8%-i avtomobil nəqliyyatı, 12,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.