Cari il ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş şəxslərin sayı məlum olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə keçirilən iclasda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Batmaq təhlükəsi ilə üzləşmiş120 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərində 105 nəfər olmaqla cəmi 225 nəfər xilas edilib.
Qeyd olunub ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batmış 58 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.