Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsindəki evin həyətindən sözügedən ərazidə yaşayan 39 yaşlı sakinin cəsədi tapılıb. Bu haqda mayın 19-da Lent.az məlumat verib.
Ölüm səbəblərinin müəyyənləşməsi üçün cəsəd məhkəmə-tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma davam edir.