Cəlilabad rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 21 noyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən iki nəfər - rayonun Kazımabad kənd sakinləri - 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və onun qardaşı 1990-cı il təvəllüdlü Kərimov Orxanı minik avtomobili vurub.
Qardaşdan biri - 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.