Cəlilabad sakini həmkəndlisini bıçaqlayıb. Bu barədə 22 noyabr tarixində APA məlumat verib.
Hadisə Cəlayir kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Ramil Aslanov həmkəndlisi və yaşıdı olan Rahib Aslanlını aralarında yaranmış mübahisə nəticəsində bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.