Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 14 dekabr tarixində xəbər verir.
Cəlilabad polisi keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfəri saxlayıb.
Şəxsi axtarış zamanı onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik maddə aşkar edilərək götürülüb. Onlardan 15 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı Cəlilabad RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.