top
Cəmiyyətdə zorakılığın artmasının səbəbi nədir? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA
12 aprel 2025, 02:38
- ↺ +

Cəmiyyətdə zorakılığın artmasının səbəbi nədir? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2025-ci ilin 3 ayı ərzində məişət zorakılığına məruz qalanların 117-i qadın, 13-ü kişi, 93-ü uşaq (49 oğlan, 44 qız) olub.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ümumilikdə isə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 3 ayı ərzində 117 müraciət daxil olub

Bəs, görəsən, insanlar niyə zorakılıq edir? Bu hallar niyə artır? Psixoloji baxımdan insanları zorakılıq etməyə nələr sövq edir? Sosial rifahın təsiri varmı?

Mövzu ilə bağlı İnsanoid.com-a açıqlama verən psixoloq Gülnar Orucovanın sözlərinə görə, bu gün insanlar öz haqlarını müdafiə edə bilmirlər:

[gallery columns="1" link="file" size="full" ids="221530"]

“Ümumiyyətlə tez-tez bir sual ilə qarşılaşırıq ki, əvvəllər psixoloq yox idi, cəmiyyət yenə də keçinirdi. İndi niyə keçinmir? Psixoloqa nə gərək var? İnformasiyanı da bu qədər mənbədən ala bilmirdik. İndi informasiyanı hər yerdən alırıq. Radio, televiziya, telefon və sosial şəbəkələr - hər yer informasiya ilə zəngindir.

İnformasiyanı bu qədər mənbədən alırıqsa, burada problemlər də izlənəcək. Əvvəllər axşam olanda analar uşaqlarını küçədən evə yığırdılar ki, birdən pis insanlar sizə rast gələr. Analar indi nə uşaqlarını küçədən evə yığa bilirlər, nə də telefonları əllərindən ala bilirlər. O telefonda bütün küçə həyatı var. Əvvəllər biz bu cür halları digər ölkələrdə görürdük. İndi isə öz ölkəmizdə rast gəlirik. Yeniyetmələr, şagirdlər sinif yoldaşlarına, dostlarına qarşı əxlaqsız hərəkətlər edirlər. Bu cür hallar olanda da başlayırlar, ört-basdır etməyə”.

G.Orucova qeyd edib ki, sosial şəbəkələrdə sanki ancaq şiddət, zorakılıq təbliğ olunur:

“Azyaşlı uşaqların hamısı sosial şəbəkələrdədir. Ən başlıcası, bu, valideyn nəzarətsizliyidir. Valideyn nəzarət etmir ki, övladı hansı şəbəkədədir və ya hara baxır. Bir də görür ki, kiçik yaşlı qızlar aldanırlar və atası yaşlı kişilərlə münasibətdə olurlar.

İnsanlar bəzən eyni şeyi təkrar-təkrar görəndə doğru olduğuna inanır.  Düşünürlər ki, xəyanət edən qadını öldürmək, zorakılıq etmək lazımdır. 13 yaşlı qızı ərə verirlərsə, digərləri düşünür ki, onunla hər şey etmək olar. Media da bu xəbərləri yaydıqca oxşar hallar daha da çoxalır”.

Sosioloq Mail Yaqubov isə əlavə edib ki, zorakılığa bir neçə amil səbəb olur:

[gallery link="file" columns="1" size="full" ids="221531"]

“Onlardan biri də sosial problemlərdir. Bu problemlər adamın əsəblərini tarıma çəkir. Bunun nəticəsində zorakılıq halı baş verir. Amma bu sadəcə bir amildir. Mənə görə əsas amil mənəvi-psixolojidir. İnsanların ailədaxili atmosferdə mənəvi-psixoloji cəhətdən zəif və kasıb olması ailədaxili zorakılığa, məişət zorakılığına gətirib çıxarır. Bunu aradan qaldırmaq lazımdır. Bir çox hallarda sosial rifah baxımından heç bir problemi olmayan ailələrdə də bu zorakılıq müşahidə olunur. Bu, mənəvi-psixoloji baxımdan kasad olan insanlarda baş verir. Əsas amil budur. Bunu aradan qaldırmaq lazımdır”.

Nəzrin Vahid 

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər