Bu ilin 10 ayı ərzində 6718 nəfər narkotik vasitələrlə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Apa 1 dekabr tarixində məlumat verib.
"Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu dövr ərzində narkotiklərlə bağlı ümumilikdə 9409 cinayət faktı aşkarlanıb. Ümumilikdə 3 ton 186 kq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.