Bu ilin 5 ayında hasil edilmiş 13,9 milyon ton neftin 11,4 milyon tonu ixrac edilib. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
Məlumatda bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% artımla hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetri ixrac olunub.
Bu ilin 5 ayında operativ məlumatlara əsasən hasil edilmiş 13.9 mln. ton neftin 11.4 mln. tonu #ixracaNəql edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 15.3 faiz artımla hasil edilmiş 19.6 mlrd.m3 qazın 9.4 mlrd.m3-i #ixrac olunub. pic.twitter.com/iGex7Yyt3h
— Parviz Shahbazov (@ParvizShahbazov) June 10, 2022